Ucarda 16 yaşlı yeniyetmə suda boğuldu

Kateqoriya məlum deyil
T
Ucarda 16 yaşlı yeniyetmə suda boğulub.
Sfera.az xəbər verir ki, hadisə rayonun Qazyan kəndində qeydə alınıb.
Belə ki, 16 yaşlı gənc Ucarın Qazyan kəndi ərazisindən keçən su arxında boğulub.
Hadisə yerinə hüquq mühafizə orqanları və Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Yeniyetmənin axtarışları istiqamətində zəruri işlər davam etdirilir./Report
