Bakıda motosiklet qəzaya düşdü: ölən var

Kateqoriya məlum deyil
T
Bakının Xətai rayonunda ağır yol qəzası zamanı bir nəfər ölüb
Sfera.az xəbər verir ki, hadisə metronun Həzi Aslanov stansiyasının yaxınlığında baş verib.
2005-ci il təvəllüdlü Elşən Hüseynov idarə etdiyi motosikleti aşırıb. Qəza nəticəsində motosikletdə sərnişin olan Amil adlı şəxs hadisə yerində ölüb.
E.Hüseynov isə ağır xəsarət alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib./teleqraf
