Yayda avtomobil qəzaları artıb: "Mənzərəyə baxırlar, diqqətsiz olurlar"

Yayda avtomobil qəzaları artıb: "Mənzərəyə baxırlar, diqqətsiz olurlar"
Kateqoriya məlum deyil
T

Yay mövsümünün başlaması ilə ölkədə baş verən yol-nəqliyyat hadisələrinin, xüsusilə də ölümlə nəticələnən qəzaların sayında artım müşahidə olunur. Son həftələr ard-arda yayılan ağır qəza xəbərləri cəmiyyətdə narahatlıq yaradıb.

Bəs bu, sadəcə təsadüfdür, yoxsa yay aylarında qəzaların artmasına təsir edən konkret amillər var?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, yay mövsümündə nəqliyyat hadisələrinin artmasının əsas səbəbi sürücü diqqətsizliyidir.

Onun sözlərinə görə, insanlar diqqətsiz olanda daha çox yol-nəqliyyat hadisəsi baş verir. Belə olan halda ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı daha çox olur. Bu da öz-özlüyündə insanlar üçün mənfi bir atmosfer yaradır.

Mütəxəssis qeyd edib ki, fəsillər də yol-nəqliyyat hadisələrinin baş vermə statistikasına öz təsirini göstərir:

“Yay fəslində insanların fikri dağınıq olur, avtomobilin saz vəziyyətdə olub-olmamasına önəm verilmir. Qışda havalar soyuq, buludlu, çiskinli, yollar yağışdan sürüşkən olur. İnsanlar avtomobil idarə edərkən daha diqqətli olur, sürücü fikrini yola cəmləyir. İsti aylarda şüşəsi açıq avtomobil idarə edir, mənzərəyə baxır və sairə. Bu da öz-özlüyündə vətəndaşlar üçün ciddi bir problemə gətirib çıxarır, onların sosial durumuna mənfi təsir edir”.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ