Bakıda yük maşını yanacaqdoldurma məntəqəsinə çırpıldı - FOTO

Kateqoriya məlum deyil
T
Bakının Nizami rayonunda yanacaqdoldurma məntəqəsində qəza baş verib.
Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə saat 04:00 radələrində Mehdi Abbasov küçəsində qeydə alınıb.
SOCAR-a məxsus yanacaq daşıyan yük avtomobili və "KIA" markalı minik avtomobili idarəetmədən çıxaraq yanacaqdoldurma məntəqəsinin ərazisinə daxil olub.
İlkin məlumata əsasən, qəza nəticəsində xəsarət alanlar var.
Faktla bağlı araşdırma aparılır.

