Ukrayna helikopteri qəzaya uğrayıb: Dörd hərbi qulluqçu həlak oldu

Kateqoriya məlum deyil
T
Rusiyanın pilotsuz uçuş aparatlarının (PUA) qarşısının alınması üzrə tapşırıq yerinə yetirilərkən "Mi-8" helikopteri qəzaya uğrayıb.
Sfera.az xəbər verir ki, hadisə nəticəsində dörd hərbi qulluqçu həlak olub.
Həlak olanlar: heyət komandiri kapitan Yuri Voron, şturman-təyyarəçi mayor Valentin Mukşinov, göyərtə texniki baş leytenant Boqdan Xmel və hava atıcısı kiçik çavuş Mixail Deryaqadır.
Onların hamısı ordu aviasiyasının 16-cı əlahiddə "Brodi" briqadasında xidmət edirdilər./Oxu.az
Açar sözlər:
