Bakıda 3 marşrutun hərəkət istiqaməti dəyişdirilir

Kateqoriya məlum deyil
T
Bakıda aparılacaq təmir işləri ilə əlaqədar 3 müntəzəm marşrut xəttinin hərəkət istiqaməti müvəqqəti dəyişdiriləcək.
Sfera.az xəbər verir ki, iyulun 5-dən 7-dək paytaxtın Nazim Hikmət küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Məhdudiyyət səbəbindən 10, 14 və 18 nömrəli marşrut avtobusları müvəqqəti olaraq Əbdürrəhim bəy Haqverdiyev, Şəfayət Mehdiyev, Akim Abbasov və Abbas Mirzə Şərifzadə küçələri ilə hərəkət edəcək.
