Bakıda qəza: piyadanın ayaqları sındı

Bakıda qəza: piyadanın ayaqları sındı
Kateqoriya məlum deyil
T

Bakının Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada ağır xəsarət alıb.

Sfera.az xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Məlumata görə, “Kia” markalı avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Nurlan Gülməmməd oğlu Əsgərovu vurub.

Qəza nəticəsində piyada ayaqlarından sınıq xəsarətləri alıb. Sürücü yaralını dərhal xəstəxanaya çatdırıb.

Hazırda zərərçəkənə tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ