Sabah bu ərazilərdə qaz kəsiləcək

Kateqoriya məlum deyil
T
Sabah Bakının bir hissəsində qaz olmayacaq.
Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilir ki, aşkarlanmış qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun Keşlə qəsəbəsinin, Sabunçu rayonunun Maştağa qəsəbəsinin, Yeni Sahənin, Subtropik Sovxozun, Konserv zavodunun və Daş Karxanasının qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Açar sözlər:
