NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazi yanır

NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazi yanır
Kateqoriya məlum deyil
T

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Sfera.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

PAYLAŞ