Kürdəmir sakini naməlum şəraitdə bıçaqlandı

Kateqoriya məlum deyil
T
Kürdəmirdə 28 yaşlı kişi 3 bıçaq xəsarəti alıb.
Sfera.az xəbər verir ki, hadisə rayonun Sor-Sor kəndində qeydə alınıb. Belə ki, kənd sakini Quliyev Ülvi Teymur oğlu naməlum şəraitdə 3 bıçaq xəsarəti alıb.
Ağır bədən xəsarəti alan yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
