Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı
Kateqoriya məlum deyil
T

Bakının Səbail rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı yeniyetmə ağır xəsarət alıb.

Sfera.az xəbər verir ki, qəza Badamdar qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, 17 yaşlı M. Abbasov idarə etdiyi motosikletlə yüksək sürətlə hərəkətdə olarkən yol ayrıcından keçən minik avtomobilinə çırpılıb.

Hadisə nəticəsində yeniyetmə ağır bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlər ona alt çənənin sınığı, sağ dirsəyin açıq yarası və açıq sınığı diaqnozları qoyublar.

Hazırda yaralı reanimasiya şöbəsində həkim nəzarəti altında müalicə olunur.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır./teleqraf

PAYLAŞ