Gəncədə qəzada ölən şəxsin kimliyi bilindi – FOTOLAR

Gəncədə qəzada ölən şəxsin kimliyi bilindi – FOTOLAR
Kateqoriya məlum deyil
T

Sfera.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Gəncədə baş verən qəza zamanı həyatını itirən 22 yaşlı gənc – Amin ismayılov kuryer işləyirmiş.

Hadisə yerində Amindən geriyə qalan kuryer çantası, dağılmış motosiklet hissələri və bir cüt ayaqqabı… Bunlar sadəcə əşyalar deyil, çörək pulu qazanmaq üçün yollara düşən bir insanın alın tərinin, zəhmətinin və yarımçıq qalan həyat hekayəsinin səssiz şahidləridir.

images 10img 4879 1782232028 81db2633f 6177 496e 8d2b c37b88b84e7a99d9b3c1 e716 4920 90bf 3f47e2437d55

***23:57

Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az APA-ya istinadla xəbər verir ki, qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili ilə moped toqquşub. Qəza nəticəsində mopedin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ