Mərdəkanda dənizdə batan 4 gənc şəhid qohumudur

Mərdəkanda dənizdə batan 4 gənc şəhid qohumudur
Kateqoriya məlum deyil
T

Xəbər verdiyimiz kimi, dünən Mərdəkan çimərliyində 4 nəfər batıb.

Dənizdə batanlar dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun, 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlunun və 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər vətəndaş - 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun axtarışları davam etdirilir.

Sfera.az xəbər verir ki, Lerikin Orand kəndindən olan 4 gənc Vətən müharibəsi şəhidi Məcidzadə Saleh Nəriman oğlunun qohumlarıdır. \\azxeber.com

PAYLAŞ