Biləsuvarda 4 otaqlı ev yandı

Biləsuvarda 4 otaqlı ev yandı
Kateqoriya məlum deyil
T

Biləsuvar rayonunun Xırmandalı kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

PAYLAŞ