Qəbələdəki ölümcül qəzanın TƏFƏRRÜATI

Qəbələdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub. Gecə saatlarında baş verən qəza zamanı avtomobilin iki piyadanı vurması nəticəsində onlardan biri hadisə yerində dünyasını dəyişib.
Sfera.az xəbər verir ki, hadisə dünən saat 22:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Rabil Abdullayevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil yolu keçmək istəyən piyadanı — 16 yaşlı Yusif Əhmədlini vurub. Ağır bədən xəsarətləri alan yeniyetmə hadisə yerindəcə keçinib.
Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan digər piyada isə dərhal Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
