Astarada ağır qəza: Sürücü hadisə yerində öldü - VİDEO

Astara rayonunda dağlıq yolda dərəyə aşan avtomobilin sürücüsü həyatını itirib.
Sfera.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidməti (BDYPİ) məlumat yayıb.
“İyunun 18-i saat 19:00 radələrində Astara rayonunun Siyaku kəndinin ərazisində “VAZ” markalı avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb. İstehsal ili 30 ildən çox olan avtomobilin ciddi deformasiyaya uğraması nəticəsində sürücüsü T.Eyvazov hadisə yerində həyatını itirib. Qəzada xəsarət alan üç sərnişin isə xəstəxanaya yerləşdirilib.
Baş Dövlət Yol Polisi İdarəsi yay mövsümü ilə əlaqədar, xüsusilə dağlıq zonalarda analoji hadisələrə tez-tez rast gəlindiyini təəssüflə qeyd edir, bununla yanaşı sərt döngəli, enişli-yoxuşlu yollarda idarəetmə təcrübəsinin mühüm əhəmiyyət daşıdığını bir daha sürücülərin diqqətinə çatdırır, onları dağlıq ərazilərə səfərlər zamanı daha diqqətli olmağa, meteoroloji şəraiti, avtomobilin sazlığını, onun texniki xarakteristikasının keçəcəyi ərazinin relyefinə uyğun olub-olmamasını nəzərə almağa çağırır!”, - deyə qurumun Mətbuat Xidmətindən bildirilib.
