Culfada yanğında körpəsini itirən ana da 8 gün sonra öldü

Kateqoriya məlum deyil
T
Culfa rayonunda səkkiz gün əvvəl baş verən yanğın hadisəsi insan itkisi ilə nəticələnib.
Sfera.az xəbər verir ki, məlumata görə, hadisə nəticəsində xəsarət alan 22 yaşlı Fidan Dünyamin qızı Zeynalova həkimlərin bütün səylərinə baxmayaraq, iyunun 19-da müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, yanğın iyunun 11-də Culfa şəhərində beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb. Hadisə zamanı 2023-cü il təvəllüdlü Emil Cəfər oğlu Zeynalov həyatını itirmişdi.
Faktla bağlı araşdırma aparılır.
