Polis bir gündə 11 ədəd odlu silah aşkarladı

Kateqoriya məlum deyil
T
İyunun 18-də Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-profilaktik tədbirlər zamanı paytaxt və respublikanın müxtəlif rayonlarında qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb.
Sfera.az xəbər verir ki, keçirilən tədbirlər nəticəsində 1 avtomat, 1 pulemyot, 9 tüfəng, 1 patron darağı və 9 ədəd patron müsadirə olunub.
DİN-dən bildirilib ki, qanunsuz odlu silahların aşkar edilərək dövriyyədən çıxarılması istiqamətində tədbirlər davam etdirilir.
