Cəfər Cabbarlı küçəsində ağır qəza – Avtomobillərə ciddi ziyan dəydi

Kateqoriya məlum deyil
T
Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az-ın məlumatına görə, qəza rayonun Cəfər Cabbarlı küçəsində qeydə alınıb. İlkin məlumata əsasən, "BYD" və "Changan CS55 Plus" markalı avtomobillər toqquşub. Toqquşma nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, ərazidə təhlükəsizlik tədbirləri görülüb. Görüntülərdən avtomobillərin ön və arxa hissələrinin ciddi zədələndiyi müşahidə olunur.
Qəza nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat verilməyib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisə səbəbindən ərazidə nəqliyyatın hərəkətində qismən çətinlik yaranıb.
Bənövşə
Sfera.az
