Azərbaycanda güclü zəlzələ oldu - YENİLƏNİB

Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ qeydə alınıb.
Sfera.az xəbər verir ki, Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar Qəbələ stansiyasından 11 kilometr cənub-qərbdə, Qəbələ rayonu ərazisində baş verib.
Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5-3 bala qədər hiss olunub.
Yeraltı təkanların Oğuz, Qəbələ və digər rayonlarda da hiss edildiyi bildirilir.
Zəlzələnin 5 bal gücündə olduğu ilə bağlı sakinlər bildirişlər alıb.
Hadisə ilə bağlı əlavə məlumat verilməyib.
***
Bu dəqiqələrdə Azərbaycanın şimal-qərb rayonlarında zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, zəlzələ Oğuz və Ağdaş daxil olmaqla bir neçə rayonda hiss edilib.
Zəlzələnin 5 bal gücündə olduğu ilə bağlı sakinlər bildirişlər alıb.
Hadisə ilə bağlı əlavə məlumatların açıqlanacağı gözlənilir.


