Oğlu ilə birgə dəm qazından boğulan şəxs müəllim imiş

Oğlu ilə birgə dəm qazından boğulan şəxs müəllim imiş
Kateqoriya məlum deyil
T

Xəbər verdiyimiz kimi, Bakıda 7-ci sinif şagirdi vəfat edib.

 

Sfera.az bildirir ki, məktəbli ilə bərabər 52 yaşlı atası Əbülfəz Əbiyev də həyatını itirib.

 

Hadisə iyunun 7-də paytaxtın Nəsimi rayonuda qeydə alınıb. Ata və oğul dəm qazından zəhərləniblər.

 

Qeyd edək ki, hadisə nəticəsində dünyasını dəyişən Ə.Əbiyev Avropa Azərbaycan Məktəbinin müəllimi imiş./musavat

PAYLAŞ