Bulvarda dənizə düşən şəxs xilas olundu

Bulvarda dənizə düşən şəxs xilas olundu
Kateqoriya məlum deyil
T

Bakı bulvarında dənizə düşən şəxs xilas edilib.

 

Sfera.az xəbər verir ki, hadisə iyunun 7-si saat 02 radələrində baş verib.

 

Bakı şəhər sakini 2001-ci il təvəllüdlü Nurlan Babayev Dənizkənarı Milli Parkda dənizə düşüb.

 

Boğulmaq təhlükəsi ilə üzləşən gənci ərazidəki polis əməkdaşları xilas edərək sudan çıxarıb. O, aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparılır.

PAYLAŞ