Məşhur Hollivud ulduzu Los-Ancelesdə vəhşicəsinə qətlə yetirildi

Məşhur Hollivud ulduzu Los-Ancelesdə vəhşicəsinə qətlə yetirildi
Kateqoriya məlum deyil
T

Hollivud aktyoru Ceyms Handi Los-Ancelesdə bıçaqlanmış vəziyyətdə tapılıb. 


Sfera.az bildirir ki, "Top Gun: Maverick" və "Jumanji" filmlərinin ulduzu Hollivud aktyoru Ceyms Handi Los-Anceles polisinə edilən zəngdən sonra ölmüş vəziyyətdə tapılıb. 


Hüquq-mühafizə orqanları 81 yaşlı ulduzun sevgilisinin oğlunu qətldə şübhəli bilir. “The New York Post” qəzetinin məlumatına görə, hadisə 3 iyun tarixində baş verib.

 

Səhər polisə cinayət barədə məlumat verən bir kişidən zəng gəlib.

 

"Mən bir allah bəndəsiyəm, təzəlikcə günahkar bir adamı öldürdüm"- deyə kişi bildirib.

 

Hüquq-mühafizə orqanları gələndə 81 yaşlı aktyoru huşsuz vəziyyətdə tapıblar. Onun sinəsində bıçaq yaraları olub. Gendi təcili olaraq xəstəxanaya aparılsa da, həkimlər öldüyünü bildiriblər.

 

Qısa müddət sonra Los-Anceles polisinin məlumatına görə, şübhəli, 44 yaşlı Maykl Qledhil, polisə məlumat verərək axtardıqları adamın özü olduğunu bildirib. Məlum olub ki, hücum zamanı o, aktyorla görüşən anası ilə yaşayırmış. Qledhillin hücumu niyə həyata keçirdiyi hələ də məlum deyil.

 

Qeyd edək ki, Ceyms Handi televiziya seriallarında və filmlərdə ən azı 150 rol oynayıb. Handi aktyorluq karyerasına 1970-ci illərdə başlayıb. Onun ən məşhur rollarına “Araxnofobiya” (1990), “Jumanji” (1995), “Logan” (2017), “Top Gun: Maverick” (2022), “The X-Files” (1993), 9-1-1 (2021) və digərləri daxildir.

 

Aynil

PAYLAŞ