Bakıda şok: Maşınlar binanın üstündə şou göstərdi - Video

Bakıda şok: Maşınlar binanın üstündə şou göstərdi - Video
Kateqoriya məlum deyil
T

Sosial şəbəkələrdə Bakıda avtomobillərin binanın üstündə drift etməsinin görüntüləri yayılıb. Məlumata görə, maşınlar mərkəzdə yerləşdiyi bildirilən binanın üstündə şou göstəriblər.

 

Sfera.az xəbər verir ki, Bakı şəhər DYPİ-nin ictimaiyyətlə əlaqələr bölməsindən Oxu.az-a bildirilib ki, yayımlanan görüntülərdə əks olunan hadisə iyunun 5-də Nəsimi rayonu ərazisində yerləşən parkinq təyinatlı obyektin sonuncu mərtəbəsində rəsmi icazə olmadan avtomobillərlə test yürüşlərinin təşkili ilə bağlı olub.

 

Keçirilən tədbirlərlə yürüşdə iştirak edən 3 nəfər polis şöbəsinə gətirilib, onların idarə etdikləri avtomobillər isə duracağa yerləşdirilib.

 

PAYLAŞ