Dünya Meteorologiya Təşkilatından həyəcan təbili: İstilər pik həddə çatacaq

Dünya Meteorologiya Təşkilatından həyəcan təbili: İstilər pik həddə çatacaq
Kateqoriya məlum deyil
T

Dünya Meteorologiya Təşkilatı (WMO) qlobal iqlimlə bağlı qorxulu proqnozunu açıqlayıb.


Sfera.az xəbər verir ki, təşkilatın yaydığı son hesabata görə, güclü istilərə və hava kəskinləşmələrinə səbəb olan "El Nino" təbiət hadisəsinin bu ilin iyun-avqust ayları ərzində başvermə ehtimalı 80 faizə yüksəlib.

 

Proqnozlar bu təhlükəli dalğanın noyabr ayına qədər davam edəcəyini göstərir.


Hesabatda Sakit okeanın tropik sularında qeyri-adi temperatur artımı qeydə alındığı və bu vəziyyətin yaxın aylarda ekstremal hava şəraiti riskini artıracağı vurğulanıb. Məlumata görə, aprelin sonundan mayın ortalarına qədər okeanın mərkəzi və şərq hissəsində səth sularının temperaturu kritik həddə çatıb. Hazırda okean sularının dərinliklərində istilik normadan 6°C daha yüksəkdir və bu nəhəng enerji rezervuarı qlobal istiləşməni daha da alovlandırır.


Qeyd edək ki, "El Nino" – Sakit okeanın ekvatoral hissəsində dəniz səthinin temperaturunun anomal dərəcədə istiləşməsi ilə xarakterizə olunan qlobal okyan-atmosfer fenomenidir. İspan dilindən tərcümədə "oğlan uşağı" və ya "körpə İsa" deməkdir.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ