Göygöldə ağır qəza baş verib

Göygöldə ağır qəza baş verib
Kateqoriya məlum deyil
T

Göygöl rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az xəbər verir ki, qəza rayonun Yeni Qızılca kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, "BMW" və "KIA" markalı avtomobillərin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü Zeynəb Cabbarova və onun oğlu, 2002-ci il təvəllüdlü Cabir Cabbarov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki, qəzada xəsarət alan şəxslər Vətən müharibəsi şəhidi Muraz Cabbarovun anası və qardaşıdır.

PAYLAŞ