Ağır qəza - ölənlər və yaralananlar var

Ağır qəza - ölənlər və yaralananlar var
Kateqoriya məlum deyil
T

İmişlidə baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

 

Sfera.az-ın məlumatına görə, hadisə İmişli şəhəri ərazisində qeydə alınıb. "Mercedes" və "Toyota Prius" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər həyatını itirib, daha 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır./milli.az

PAYLAŞ