Türkiyədən xəbərdarlıq: Müharibə yenə başlasa...

Türkiyədən xəbərdarlıq: Müharibə yenə başlasa...
Kateqoriya məlum deyil
T

İran və ABŞ arasında atəşkəsə alternativ hərbi münaqişənin yenidən başlaması olardı.

 

Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Əl-Cəzirə"yə müsahibəsində deyib.

 

"Atəşkəsə alternativ olaraq müharibənin yenidən başlaması nəzərdə tutulur. Heç kim belə bir ssenarinin təkrarlanmasını istəmir, çünki bu müharibə qlobal iqtisadiyyata və enerji təhlükəsizliyinə zərər verir", - deyə Fidan bildirib.

 

Onun sözlərinə görə, ABŞ və İran arasında danışıqlarda prioritet atəşkəsin qorunmasıdır:

 

"Danışıqlar müxtəlif dərəcədə uğurla davam edir"./axar.az

PAYLAŞ