2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb öldü

2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb öldü
Kateqoriya məlum deyil
T

Tərtərdə 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb.

 

Sfera.az xəbər verir ki, mayın 10-u saat 13 radələrində 2024-cü il təvəllüdlü M.A. Tərtər şəhərində yaşadığı binanın 4-cü mərtəbəsinin eyvanından yıxılıb.

 

Xəstəxanaya yerləşdirilmiş azyaşlı orada ölüb.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.

PAYLAŞ