Faciəvi şəkildə ölən qadın məktəb işçisi imiş... - FOTO

Faciəvi şəkildə ölən qadın məktəb işçisi imiş... - FOTO
Kateqoriya məlum deyil
T

Gəncədə faciəvi şəkildə ölən Zümrüd Qurbanova məktəbdə işləyirmiş.  

 

Sfera.az xəbər verir ki, o, şəhərdə yerləşən Nizami Aydın adına 18 nömrəli tam orta məktəbdə texniki işçi kimi çalışırmış.

 

Z.Qurbanova 1998-ci ildən sözügedən təhsil müəssisəsinin əməkdaşı olub.

 

İş yoldaşları onu zəhmətkeş, sadə, səmimi insan kimi xatırlayırlar.

 

Qeyd edək ki, mayın 5-də Gəncənin Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan BMW markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında dayanmış “Chevrolet” markalı avtomobilə, daha sonra isə ağaca və köşkə çırpılıb. Qəza zamanı 1961-ci il təvəllüdlü Z.Qurbanova avtomobil ilə köşkün arasında sıxılaraq hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır./ yenisabah

 

Gallery image 1
Thumbnail 1
PAYLAŞ