5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılıb öldü

5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılıb öldü
Kateqoriya məlum deyil
T

Bakıda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

 

Sfera.az xəbər verir ki, hadisə aprelin 30-da saat 17 radələrində Nizami rayonunda qeydə alınıb.

 

Belə ki, 2021-ci il təvəllüdlü Polad Rövşən oğlu Məmmədov qonaq olduğu X.Dadaşovanın yaşadığı C.Naxçıvanski küçəsi 89 ünvanındakı çoxmərtəbəli binanın 12-ci mərtəbəsindəki mənzilin eyvanından yıxılıb.

 

Ehtiyatsızlıqdan yıxılan azyaşlı hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ