Bakıda 14 yaşlı qızla gənc oğlan hamamda dəm qazından zəhərləndi

Bakıda 14 yaşlı qızla gənc oğlan hamamda dəm qazından zəhərləndi
Kateqoriya məlum deyil
T

Bakıda iki nəfər dəm qazından zəhərlənib.

 

Sfera.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu R.Bağırov küçəsi ev 30-da baş verib.

 

Ağdaş rayon sakini 2007-ci il təvəllüdlü Yusuf Mehmet oğlu Atalay və Yevlax rayon sakini 2012-ci il təvəllüdlü Təranə Mədxun qızı Bəkirova həmin ünvanın hamam otağında dəm qazından zəhərləniblər.

 

Hadisə nəticəsində Y.Atalay ölüb, T.Bəkirova isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırmalar aparılır. oxu.az

PAYLAŞ