Yevlaxda avtomobil aşdı - 10 yaşlı qız öldü - FOTO

Kateqoriya məlum deyil
T
Yevlaxda ağır qəza olub.
Sfera.az bildirir ki, hadisə Kövər kəndi yaxınlığında baş verib.
Belə ki, 1967-ci il təvəllüdlü Şakir Həsənovun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 2016-cı il təvəllüdlü Südabə Əliyeva aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır. Unikal.az
