Yarımtikilidə 84 yaşlı qadının meyiti tapıldı

Yarımtikilidə 84 yaşlı qadının meyiti tapıldı
Kateqoriya məlum deyil
T

İsmayıllıda yarımtikilidə qadın meyiti tapılıb.

 

Sfera.az xəbər verir ki, hadisə aprelin 9-u saat 16 radələrində İsmayıllı şəhərinin ərazisində yerləşən Mənzil Kommunal Təsərrüfatı Birliyinin həyətindəki yarımtikilidə baş verib.

 

Ölən qadının 1942-ci il təvəllüdlü Qalınçaq kənd sakini Vəzifə Namaz qızı Fatullayeva olduğu müəyyənləşib.

 

Onun üzərində zorakılıq əlamətləri aşklanmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ