Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü

Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Kateqoriya məlum deyil
T

Oğuzda avtomobil aşıb, ata, qızı və daha bir nəfər xəsarət alıb.

 

Sfera.az xəbər verir ki, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Sincan kəndindən keçən hissəsində baş verib.

 

Rayonun Böyük Söyüdlü kənd sakini, 1965-ci il təvəllüdlü Sirapil Yunisovun idarə etdiyi "Mitsubişi" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü və sərnişinlər; 1976-cı il təvəllüdlü Yunisov Atabek Mirzoyeviç və qızı, 2007-ci il təvəllüdlü Asmin Atabek qızı Yunisova xəsarət alıblar.

 

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Məlumata görə, qəzaya düşən şəxslər Bakı şəhərindən toy mərasimindən qayıdırlarmış.

 

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ