Ağsuda ağır qəza: 2 nəfər xəsarət aldı

Ağsuda ağır qəza: 2 nəfər xəsarət aldı
Kateqoriya məlum deyil
T

Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
 

Sfera.az xəbər verir ki, qəza gecə saatlarında rayonun Qiyaslı kəndi ərazisində qeydə alınıb.
 

Rayon sakini, 2006-cı il təvəllüdlü Sadiq Ağasəf oğlu Paşayev "Mercedes" markalı avtomobilə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi aşıb.
 

Hadisə zamanı sürücü və avtomobildə olan sərnişini, Ağsu rayonunun Kəndoba kənd sakini, 2008-ci il təvəllüdlü Qəribxan Gülxan oğlu Hüseynzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
 

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)
 

PAYLAŞ