Vətən müharibəsinin iştirakçısı faciəvi şəkildə öldü - FOTO

Vətən müharibəsinin iştirakçısı faciəvi şəkildə öldü - FOTO
Kateqoriya məlum deyil
T

Xırdalanda ötən gün ölümlə nəticələnən ağır yol qəzası olub.

 

Sfera.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ərazisində qeydə alınıb.

 

1994-cü il təvəllüdlü Ramin Nurəddin oğlu Hüseynov idarə etdiyi motosikleti yolun kənarında dayanmış yük avtomobilinə çırpılıb.

 

Qəza nəticəsində motosikletçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Qeyd edək, qəza nəticəsində həlak olan Hüseynov Ramin Şuşa döyüşlərinin iştirakçısı olub. Bu barədə onun yaxınları məlumat verib. O döyüşlərdə göstərdiyi şücayətə görə bir sıra orden və medallarla təltif olunub. /yenisabah

 

Gallery image 1
Thumbnail 1
PAYLAŞ