Ağır qəza: Ölən və yaralanan var

Ağır qəza: Ölən və yaralanan var
Kateqoriya məlum deyil
T

Cəlilabadda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 

Sfera.az “Report”a istinadən bildirir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

 

Belə ki, rayon sakini, Səbran Əliyevin idarə etdiyi “Kia Rio” markalı avtomobillə digər rayon sakini, Kamran Quliyevin idarə etdiyi “Changan” markalı avtomobil toqquşub. Daha sonra “Changan” uşaq bağçasının dəmir məhəccərlərinə çırpılıb.

 

Qəza nəticəsində hər iki sürücü bədən xəsarətləri alaraq rayon xəstəxanasına yerləşdirilib. “Changan” markalı avtomobildə olan sərnişin, Cəlilabad rayon sakini, 1991-ci il təvəllüdlü Xəyal Bəşirov aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ