Yaşayış binalarının üzərinə meteorit parçaları düşdü

Yaşayış binalarının üzərinə meteorit parçaları düşdü
Kateqoriya məlum deyil
T

8 mart axşamı qərbi Almaniya üzərindən səmada bir meteorit sürüşərək atmosferdə parçalanıb. Şahidlərin lentə aldığı foto və videolar tez bir zamanda sosial mediada yayılıb.

 

Sfera.az xəbər verir ki, meteprit qərbi Almaniyanın böyük bir hissəsində görülüb. Əvvəlcə insanlar bunun təyyarə və ya kosmik qalıqlar olduğunu düşünüblər.

 

Təcili yardım xidmətləri qorxmuş yerli sakinlərin zənglərində kəskin artım qeydə alıb.

 

Polisin məlumatına görə, meteorit parçaları Reynland-Pfalzdakı fərdi evlərin üzərinə düşərək bir neçə evə zərər vurub. Dağıntılar Hunsrück və Eifel bölgələrində, eləcə də Koblenzdə müşahidə olunub.

 

Koblenzin Güls rayonunda yerli vaxtla saat 19:00 radələrində meteorit parçası bir evin damını deşərək futbol topu böyüklüyündə bir dəlik yaradıb. Xoşbəxtlikdən, zərərçəkənlər yoxdur.

 

Polis həmçinin sakinlər üçün heç bir təhlükə olmadığını bildirib. 

 

Hazırda səlahiyyətlilər meteoritin ölçüsünü və düşən parçaların sayını müəyyənləşdirirlər.

 

Aynil

PAYLAŞ