Bu məşhur oyun sayəsində müharibədən qaçmağı bacardılar

Monopoliya ilk dəfə 1903-cü ildə Lizzi Meqqi tərəfindən dizayn edilmişdir. Oyunun məqsədi inhisarların bütün sərvəti saxladığı iqtisadiyyatdan daha yaxşı olduğunu göstərmək idi.
Sfera.az bildirir ki, bu gün ən çox sevilən və oynanan oyunlardan biri olan Monopoliya, İkinci Dünya Müharibəsi zamanı Alman hərbi əsir düşərgələrində saxlanılan Britaniya əsgərləri üçün bir oyundan daha artıq bir şey olub. Hər kəsin əyləncə üçün oynadığı Monopoliya əsgərləri xilas etmək vasitəsinə çevrilmişdi. Bəs necə?
Dünyada ən çox satılan və ən çox oynanan oyunlardan biri Monopoliyadır. 1903-cü ildə istehsal olunan Monopoliya əslində iqtisadiyyat mövzulu bir oyundur.
Oyunçular konsol ətrafında zar ataraq, əmlak alıb mübadilə edərək hərəkət edirlər. Bu əmlakları əldə etdikdə kirayə haqqını ödəməlidirlər. Oyunçular hətta həbsxanaya düşə bilərlər. Həbsxanadan çıxmaq üçün ya şans kartı çıxmalı, ya da rüşvət verilə bilər. Oyunda iqtisadiyyatınızı yaxşı idarə etməsəniz, iflas etmək və sıradan çıxmaq ehtimalınız var.
İkinci Dünya Müharibəsində Monopoliya Britaniyalılar üçün sadəcə bir oyundan daha çox şeyə çevrildi. Monopoliyanın paylama hüquqlarına sahib olan Britaniya şirkəti “Waddington” Britaniya kəşfiyyatı ilə əməkdaşlıq edərək “Monopoly” dəstlərindən istifadə etməklə hərbi əsirlərə qaçış üçün köməkçi vasitələr keçirib.
Belə ki, Britaniya gizli xidməti MI9, məhbusları xilas etməyin Monopoliyadan daha yaxşı bir yol olmadığına qərar verdi.
Gizli xidmət, Nasistlər tərəfindən işğal edilmiş Avropadakı konsentrasiya düşərgələrindəki hərbi əsirlər üçün bir plan hazırladı. Monopoliya qutuları burada aparıcı rol oynadı.
1941-ci ildə Britaniya Gizli Xidməti Monopoliya istehsalçısı “Waddington” şirkətinə müraciət etdi və onlardan xüsusi buraxılışlı Monopoliya dəsti hazırlamalarını istədi. Bunun üçün fabrikin bir hissəsi ayrıldı. Bacarıqlı sənətkarlar oyunların karton qutuları üzərində gizli xəritələr daxil edirdilər. Bu gizli xəritələrdə məhbusların necə qaçacağına dair yol xəritəsi var idi.
Monopoliya pullarının bəziləri real idi. Məqsəd qaçacaq hərbi əsirlərin bu pulu rüşvət kimi istifadə etməsi idi.
Gizli xidmət bu qutuları məhbuslara necə çatdırmağı düşünürdü. Onlar qutuları məhbusların ailələrindən və Qırmızı Xaç kimi təşkilatlardan yardım paketləri kimi göndərməyi düşünürdülər. Lakin bu üsullar təhlükəli idi, ona görə də başqa bir şey düşünməli oldular.
Buna görə də, saxta ünvanları olan bir sıra xeyriyyə təşkilatları yaratdılar. Bu saxta təşkilatlar vasitəsilə məhbuslara isti paltarlar və zəruri əşyalar göndərirdilər.
Məhbusların problem yaratmasının qarşısını almaq üçün düşərgələrdə müəyyən oyunlara və əyləncələrə icazə verilirdi. Qaçış xəritələrinin gizlədildiyi Monopoliya qutuları çox diqqətlə hazırlanmışdı.
Oksforddakı Bodleian Kitabxanasından Debbi Holl oyundakı gizli mənaları belə izah edir:
“Məsələn, Merilbon Stansiyasından sonrakı nöqtə İtaliyanı; Meyferdən sonrakı nöqtə Norveç, İsveç və Almaniyanı; Pulsuz Parkdan sonrakı nöqtə isə Şimali Fransanı, Almaniyanı və onun sərhədlərini ifadə edirdi. “Düz” işarələri “Patent gözləmədədir” işarəsi ilə işarələnmişdi.”
Müharibənin sonuna qədər hərbi əsir düşərgələrindən qaçanların sayının 35.000-i keçdiyi düşünülür. Bu qaçışların əksəriyyətinin stolüstü oyun sayəsində baş vermişdi.
Aynil
