Şəkidə ağır QƏZA: Xəsarət alan var

Şəkidə ağır QƏZA: Xəsarət alan var
Kateqoriya məlum deyil
T

Şəkidə iki avtomobil toqquşub, sürücülərdən biri xəsarət alıb.

 

Sfera.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Çeşməli kəndi ərazisində baş verib.

 

“VAZ-2106” markalı avtomobillə “KİA” markalı avtomobillər toqquşub. Bu zaman “VAZ-2106”nın sürücüsü, rayonun İbrahimkənd sakini İbrahim Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Yaralı Təcili tibbi yardım briqadasının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ