9 evdən oğurluq etdi - TUTULDU

9 evdən oğurluq etdi - TUTULDU
Kateqoriya məlum deyil
T

Paytaxtın Sabunçu rayonunda evlərdən silsilə oğurluqlar edilib.
 

DİN mətbuat xidmətindən Sfera.az-a verilən xəbərə görə, naməlum şəxs müxtəlif vaxtlarda rayonun Maştağa qəsəbəsində iki evə daxil olaraq pul və qızıl-zinət əşyaları talayıb.

 

Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı S.Mirzəyev saxlanılıb.


Araşdırma zamanı onun rayon ərazisində daha yeddi evdən pul və qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib.
 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

PAYLAŞ