Ayağı velosipedin pedalına sıxışan 4 yaşlı uşağa köməklik göstərilib -VİDEO

Ayağı velosipedin pedalına sıxışan 4 yaşlı uşağa köməklik göstərilib -VİDEO
Kateqoriya məlum deyil
T

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsində azyaşlının köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

 

Bu barədə Sfera.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

 

Xilasedicilər tərəfindən həyata keçirilmiş tədbirlər sayəsində ayağı velosipedin pedal hissəsində sıxılıb qalmış 2022-ci il təvəllüdlü azyaşlıya müvafiq köməklik göstərilib.

 

PAYLAŞ