Şəmkir sakini evində ölü tapıldı

Kateqoriya məlum deyil
T
Şəmkirdə evdən meyit tapılıb.
Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini 1961-ci il təvəllüdlü Z.Hacıyevanın meyiti yaşadığı evdə aşkarlanıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb ediliblər. Ölümün hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
