Müəllimi atasının silahı ilə vurubmuş- Polis həmin şagirdi saxladı

Müəllimi atasının silahı ilə vurubmuş- Polis həmin şagirdi saxladı
Kateqoriya məlum deyil
T

Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Binəqədi rayonunda yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi müəllimini güllələyib.

 

DİN-in Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, hadisə bu gün saat 09 radələrində baş verib.

 

Qeyd edilib ki, Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində 10-cu sinif şagirdi Ə.Ş. insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada işləyən qadın müəllim Ş.K.-ya xəsarət yetirib.

 

Polis əməkdaşları tərəfindən Ə.Ş. saxlanılıb. Ondan ov silahı götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ