Kəngərlidə qəza olub, xəsarət alanlar var

Kəngərlidə qəza olub, xəsarət alanlar var
Kateqoriya məlum deyil
T

Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az xəbər verir ki, hadisə Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobilin aşması nəticəsində 1961-ci təvəllüdlü Zabitə Qasımova, 1998-ci il təvəllüdlü Nurşən Qasımova, 2020-ci il təvəllüdlü Banu Qasımova və 2023-cü il təvəllüdlü Azər Qasımov xəsarət alıblar. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.

PAYLAŞ