21 yaşlı oğlan faciəvi şəkildə öldü

Kateqoriya məlum deyil
T
Şəmkirdə 21 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb.
Sfera.az xəbər verir ki, 2005-ci il təvəllüdlü, Təzəkənd kənd sakini Ruhlan Etibar oğlu Məmmədov yataq otağında quraşdırılmış qazla işləyən "Ceyran" tipli sobanın borusundan çıxan dəm qazından zəhərlənərək ölüb.
Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.
