Zəncirvari qəza oldu -Xəsarət alanlar var

Kateqoriya məlum deyil
T
Sumqayıt şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov küçəsində baş verib.
İlkin məlumata görə, "Haima", "Mercedes" və "Opel" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
