Bakının mərkəzində hotel otağında müəmmalı ölüm

Kateqoriya məlum deyil
T
Bakının mərkəzindəki hotellərin birində meyit tapılıb.
Sfera.az “Qafqazinfo”a istinadən xəbər verir ki, yanvarın 27-si saat 23 radələrində Rusiya vətəndaşı 1968-ci il təvəllüdlü Cəmil Paşa oğlu Alıyevin meyiti “Tarqovıy” məhəllə adlanan ərazidə Tərlan Əliyarbəyov küçəsində yerləşən hoteldəki otaqda tapılıb. Onun üzərində hər hansı xəsarət aşkarlanmayıb.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
