Şəmkirdə ata ilə oğlu ağır QƏZAYA düşdü: Ölən var

Şəmkirdə ata ilə oğlu ağır QƏZAYA düşdü: Ölən var
Kateqoriya məlum deyil
T

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
 

Sfera.az Bizim.media-a istinadən xəbər verir ki, rayonun İrmaşlı kənd sakini 1992-ci il təvəllüdlü Vüsal Rüstəmlinin idarə etdiyi "VAZ - 2110" markalı avtomobil hərəkətdə olan, Şiştəpə kənd sakini 1991-ci il təvəllüdlü Orxan Hüseynovun idarə etdiyi "Mitsubishi" markalı avtomobillə toqquşub.

Qəza zamanı “VAZ-2110"un sürücüsü hadisə yerində dünyasını dəyişib. Qəza zamanı həmin avtomobildə olan sərnişin, sürücünün oğlu, 2020-ci il təvəllüdlü Adəm Rüstəmli isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 

Hadisə yerinə DYP-nın məkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.

PAYLAŞ